Salam siz tarla dairələrinə həsr olunmuş sayta daxil olmusunuz. Bu tarla dairələri haqqında internet mekanında olan demək olar ki, ən geniş saytdir. Burada siz tarla dairələrinin beynəlxalq verilənlər bazası da daxil olmaqla, lazımlı bütün informasiyanı ala bilərsiniz. 

Sizin burada görəcəyiniz dairələr tamamilə realdır və bütün dünyada tapılmışdır və mənşəyi məlum deyildir. 

Böyük Britaniya fermerləri xatırlayırlar ki, burada belə dairələr artıq bir neçə nəsildir ki, müşahidə olunur. Britaniya jurnalistləri ilk dəfə dairələr haqqında 1980-ci illərin əvvəllərində xəbər verdilər. Sadə dairələrdən nəhəng qəliz həndəsi fiqurlara doğru inkişaf etmiş bu qeyri-adi  dairələr 1990-cı illərə doğru insan şüurunda fenomen şəklində  kök saldı. Bu dairələr ümumdünya fenomeninə çevrildi və onların artmaqda olan sayı barədə müxtəlif ölkələrdən mütəmadi olaraq məlumatlar gəlməkdədir. Lakin onlar ən çox Stounxenc, Eyvbari və Silvbari Hill (Avropada insanlar tərəfidən yaradılmış ən böyük dənlikdir) kimi qədim, maraqlı dairələr yerləşən Cənubi İngiltərədə cəmlənmişdirlər. 

 Bu dairələrin peyda olmasının səbəblərinə aid çoxlu nəzəriyyələrin mövcud olmasına baxmayaraq, hələ ki heç kəs dairələrin necə yarandığını aydın şəkildə başa sala bilməmişdir. Lakin, bəlkə də ən inandırıcı videolara baxanda biz tarlanın üzərində ağ işıqdan yaranan ağ kürələri görürük. Bu kürələrin çoxu gün işiğında çəkilmışdi və görünür məqsədyönlü hərəkət edirdilər. Bu, tarlalarda dairələrin əmələ gəlməsi və bu ağ kürələrlə mümkün əlaqədən xəbər vermirmi? 

Alimlər dairələrdəki bitkilərdən nümunə götürürdülər. Amerikalı biofizik Vilyam Levenqud belə fərz edirki, dairələrin yaradılma prosesində bilinməyən növ mikrodalğalardan istifadə olunub. Tədqiqatçıları öz tədqiqatlarına daha çox yaradıcı və innovasion şəkildə yanaşmağa çağırırlar. Hal-hazırda aparılan bəzi tədqiqatlarda meditasiya, musiqi və işıq istifadə olunur, çünki görünür bu dairələr insan şüuru ilə qarşılıqlı əlaqəyə girə bilirlər.  

Bu dairələr əslində nə olsalar da, bütün dünyada bir çox insanları ruhlandırır və  heyrətləndirir. Bu işlə məşğul omağa başlayan bütün insaların həyatı tamamilə dəyişmişdir. Bu insanlar daha çox anlamağa başlayırlar ki, yaşadığımız bu dünya biz təsəvvür etdiyimizdən daha sirli və qəlizdir. 

Bu saytın əsas məqsədi  sizi (və dünyanı) dairələrlə bağlı ən son və maraqlı xəbərlərlə məlumatlandırmaqdır. Saydakı materiallar aparıcı tədqiqatçıların hesabatları ilə qabaqcıl fotoqrafların yüksək keyfiyyətli foto şəkillərindən ibarətdir.  

Aprel ve Avqust aylar ərzində tarlalarda yeni dairələr əmələ gəlmişdir.Ona görədə biz ən son və yeni məlumatları və fotoları  nəşr edəcəyik. Əlbəttə ümüd edirik ki, məlumat bazamızın aktuallığını qoruyub saxlamaq üçün siz də bizə baş verən ən son hadisələr haqda məlumat verəcəksiniz. Bizə öz məlumatlarınızı və fotoşəkillərinizi göndərə bilərsiniz. 

Biz ümüd edirik ki, bu sayt zəmanəmizin sirlərinə bir açıq pəncərə olacaqdır və tarla dairələri barədə maraqlanan bütün insanların cəmləşdiyi məkana çevriləcəkdir.

Thank you to Zip Mammadoff for the Azeri Translation.


Return to the Crop Circle Connector

Mark Fussell & Stuart Dike

 

Hit Counter